Ru
20:43 / 07 İyun 2024

"Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir" - Politoloq

"Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir" - Politoloq
Eye

Rusiya-Ukrayna müharibəsi artıq bir il dörd aydır ki, davam edir. Ekspertlər müharibənin 2025-ci ilin noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər davam edəcəyini bildiriblər.




Bakupost.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə müharibənin seçkilərdən sonra da davam edəcəyini deyib.

Onun fikirncə, bu, geopolitik qarşıdurmadır və əslində müharibə hələ yeni mərhələyə keçir:

"Düşünürəm ki, bu Qərblə Rusiya arasında "soyuq savaş"ın hərbi müstəviyə keçməsi deməkdir. Nə qədər ki Putin və Zelenski siyasətdədirlər, tərəflər arasında danışıqlar mümkün olmayacaq. Həmçinin ABŞ-la Rusiya arasında da danışıqlar olmalıdır. Ancaq nə Rusiya, nə də Amerika öz ambisiyalarından geri çəkilir. Tərəflər öz mövqelərini Ukraynada meydanda aydınlaşdıracaq. Yəni bu müharibənin danışıqlar yoluyla həlli gözlənilmir. Yalnız bir tərəf
müharibədə tam üstünlüyü ələ almalıdır. O zaman danışıqlar başlaya bilər".
Vasif Əlihüseyn
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar