Ru
17:45 / 30 Sentyabr 2022

Rusiya Ukraynaya qarşı hücumlarını artıracaq - Politoloq

4057
"Ukraynanı parçalamaq siyasəti davam edir. Saxta referendumla Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsini elan edildi. Bu da Rusiya-Ukrayna müharibəsinin daha qızğın davam edəcəyi deməkdir".


Bunu Bakupost.az -a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.


Politoloq bildirib ki, Rusiya Ukraynaya qarşı hücumlarını artıracaq:




"Rusiya baxmayaraq ki, bu əraziləri özünə birləşdirdi, amma hücumlarını davam etdirəcək. Hazırda Rusiya raket zərbələrini davam etdirir. İtkilərin sayının artması ehtimalı da var. Amma Ukrayna uğurlu əks-həmlələr də həyata keçirir. Artıq Liman şəhərini mühasirəyə almağa çalışır. Rusiyanın peşəkar hərbçiləri nəticə əldə edə bilmədiyi üçün indi həvəskarlar orduya göndərilir. Bu da Rusiya tərəfdən ölü sayını artıracaq. Eyni zamanda Rusiya bu bölgələri özünə birləşdirdikdən sonra, Ukraynaya zərbələrin sayını artıracaq. Bu da Ukrayna tərəfdən mülki əhali aarasında itkilərin sayının artmasına gətirib çıxaracaq"


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər