Sankt-Peterburqda "Amurov Group" MMC-nin rəhbəri Mark Aleksandroviç Amurov saxlanılıb.
Bakupost.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 32 yaşlı sahibkar 46 milyon rubl dəyərində dələduzluqda şübhəli bilinir. O vətəndaşlara yaşayış binalarının tikintisinə və sonradan icarəyə verilməsinə sərmayə qoymağı təklif edib, lakin toplanan vəsaiti mənimsəyib.
Hadisə ilə bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
Sahibkar Parqolovo qəsəbəsindəki Voloqod küçəsindəki evində saxlanılıb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarış zamanı hüquq-mühafizə orqanları onun evindən daşınmaz əmlak sənədləri, mobil telefon, həm rus, həm də xarici valyutada pul vəsaiti aşkarlayıb.
Bildirilib ki, saxlanılan şəxsə qarşı irəli sürülən ittihamlar 2020–2021-ci illəri əhatə edir.
Saxlanılan Mark Aleksandroviç Amurov Azərbaycanda doğulub. O, 10 il əvvəl Sankt-Peterburqda Rusiya pasportu alıb.
Aysel,BakuPost