Cənubi Saxalinsk - Novosibirsk” marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi İrkutsk vilayətinin Bratsk aeroportunda təcili eniş edib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şərqi Sibirin Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisəyə səbəb sərnişinlərdən birinin vəfat etməsi olub.
Onun meyiti çıxarıldıqdan sonra hava gəmisi hərəkətini davam etdirib.