Ru
13:37 / 23 Sentyabr 2022

Rusiyada hava limanı əməkdaşları kütləvi şəkildə səfərbər olunur

1130
Rusiyada onlarla hava limanının əməkdaşına hərbi komissarlığa çağırış vərəqəsi gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşri məlumat yayıb. Xəbərə görə, aviaşirkət və hava limanı işçilərinin 50-80 faizi səfərbər edilə bilər.


Qeyd olunur ki, Rusiya aviaşirkətlərində çalışan pilotların əksəriyyəti aviaməktəblərin hərbi kafedralarında təhsil almış ehtiyatda olan zabitlər və ya orduda xidmət etmiş sıravilərdir.


Üstəlik, “Kommersant”ın mənbələri vurğulayır ki, hərbi xidmətə çağırışdan azad olunma təkcə pilot və aviadispetçerlər üçün deyil, həm də texniki şöbə, İT mütəxəssisləri və kommersiya bölmələrinin əməkdaşları üçün də vacibdir. Çünki onlarsız uçuşlar dayana bilər.


Qeyd edək ki, Rusiya aviaşirkətləri 22 sentyabr tarixinədək bilet almış, lakin orduya çağırılmış Rusiya vətəndaşlarına bilet pulunun geri qaytarılacağını bildirib.




Gunel
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər