Rusiyada miqrantların övladları rus dilində danışmaqda çətinlik çəkir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının araşdırmasından sonra bu qənaətə gəlinib.
Sorğuda Novqorod, Çelyabinsk və Yaroslavl vilayətlərinin məktəblərindən 2064 müəllimi iştirak edib.
Müəllimlərin demək olar ki, 53%-i miqrant uşaqların rus dilində danışarkən çətinlik çəkdiklərini bildirib. Respondentlərin 42%-i isə heç bir problemin olmadığı qənaətindədir. Miqrant ailələrdən olan məktəblilərin ümumtəhsil fənlərini mənimsəmələri ilə bağlı da müəllimlərin fikirləri öyrənilib və onların 49,5%-i çətinliklərin olduğunu bildirib.
Respondentlərin böyük əksəriyyəti - 80%-i miqrant uşaqların nizam-intizamla bağlı problemlərinin olmadığını deyiblər. 2023-cü ilə olan məlumata görə, miqrant uşaqların sayı 181,5 min nəfərə yaxın olub. Buraya 178,9 min xarici vətəndaş, 2600 vətəndaşlığı olmayanlar daxildir.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk isə bildirib ki, 2024-cü il yanvarın 1-dən 4 mindən çox ərizəçi rus dilini bilmədiyi üçün Rusiya vətəndaşlığı ala bilməyib.
Vasif
BakuPost