Ru
11:45 / 24 Aprel 2024

Şoyqunun müavini həbs edildi - Məhkəmə qərarı

1173
Rüşvət almaqda şübhəli bilinərək saxlanılan Rusiya müdafiə nazirinin müavini Timur İvanov həbs edilib.

Bakupost.az xəbər verir ki, məhkəmənin qərarı ilə Timur İvanov barəsində iki ay müddətində, yəni 23 iyun 2024-cü ilə qədər həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi davam edərkən Rusiya müdafiə nazirinin müavini Timur İvanov korrupsiyada şübhəli bilinərək saxlanılıb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, saxlanılan İvanovla bağlı Rusiya prezidenti Vladimir Putin və Sergey Şoyqu əvvəlcədən məlumatlandırılıb.

Elnur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər