Ru
10:47 / 09 Aprel 2024

Rusiyadan Azərbaycana investisiya qoyuluşu artıb - İqtisadçı

1474
“Ölkəyə birbaşa xarici investisiya qoyuluşu artır. Bu isə müsbət haldır. Çünki birbaşa investisiyalar uzunmüddətli dövr üçün qoyulur, eyni zamanda rəqabəti artırır, ölkəyə beynəlxalq təcrübə və texnologiyaları gətirir. Həm neft-qaz sektoruna, həm də qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi müsbət haldır”.



Bunu Bakkupost.az -a iqtisadçı ekspert Xalid Kərimli bildirib.

Onun dediyinə görə, bu gün neft-qaz sektoruna daha çox xarici investisiya yatırılır. Çünki bu əmtəələrin bazarı var, satış riskləri aşağıdır. Dövlət bu sahədə olan investisiya müqavilələrinə zəmanət verir.

Xalid Kərimli qeyd edib ki, Rusiyadan Azərbaycana investisiya qoyuluşu daha da artıb:


“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Azərbaycanın investisiya cəlbediciliyi nisbətən artıb”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər