Ru
18:07 / 04 İyul 2025

Rusiyadan daha bir azğınlıq: Soçidə azərbaycanlı qadın saxlanıldı - ŞOK SƏBƏB

Rusiyadan daha bir azğınlıq: Soçidə azərbaycanlı qadın saxlanıldı - ŞOK SƏBƏB
Eye

Rusiyanın Soçi şəhərində “Ukraynaya eşq olsun!” şüarını səsləndirən azərbaycanlı qadın saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Xəbərə görə, yerli sakinlər Krasnodonskaya küçəsi ilə gəzərək Ukraynaya dəstək şüarları səsləndirən 40 yaşlı Esmira B.-dən polisə şikayət ediblər. İlkin məlumata görə, qadın Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliklə bağlı etirazını bildirmək istəyib.

Qeyd olunur ki, Esmira özü Rusiya vətəndaşıdır, lakin Azərbaycanda doğulub və bir müddət burada yaşayıb.

Şikayətdən iki gün sonra qadın saxlanılıb. Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi (faşist simvollarının təbliği və ya ictimai nümayişi) ilə inzibati protokol tərtib edilib.
Esmira 15 sutkaya qədər həbs oluna bilər.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar