Ru
16:20 / 19 Aprel 2024

Rusiyadan raket hücumu: 8 ölü, 29 yaralı - FOTO

734

Rusiya 2022-ci ilin fevralından Ukraynaya hücumlarını davam etdirir.


Bakupost.az xəbər verir ki, Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini raketlə hücum edib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti hücum nəticəsində 8 nəfərin öldüyünü, 29 nəfərin yaralandığını açıqlayıb.

Ukrayna prezidenti Zelenski isə sosial media hesabındakı paylaşımında “havadan müdafiə sistemi”nə çağırıb.

“Rusiyanın hücumundan sonra Dneprdə xilasetmə işləri davam edir. Bir yaşayış evi qismən dağılıb, qatar stansiyasına ziyan dəyib. Krivoy Roq və Sinelnıkove şəhərləri də hədəfə alınıb. Bütün xəsarət alanlara yardım göstərilir. Təəssüf ki, onlardan bəziləri həyatını itirdi. Ailələrinə və yaxınlarına başsağlığı verirəm.

Rusiya həyata keçirdiyi terrora görə cavab verməli, bütün raketlər və pilotsuz təyyarələr dayandırılmalıdır”.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər