Ru
09:07 / 14 İyul 2025

Rusiyaya ağır zərbə vuran Voroniçi azərbaycanlı ər-arvad öldürüb

Rusiyaya ağır zərbə vuran Voroniçi azərbaycanlı ər-arvad öldürüb
Eye

FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki öldürdü. Qatillərdən biri 34 yaşlı azərbaycanlı qadındır?

Bakupost.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç Kiyevdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) 2 əməkdaşı tərəfindən öldürülüb. Qətl səsboğucu tapançadan istifadə etməklə həyata keçirilib.

Böyük Britaniyanın “standard.co.uk” saytı yazır ki, Vladimir Putinin əmri ilə İvan Voroniçi öldürmək üçün Kiyevə qadın və kişidən ibarət 2 nəfərlik qrup göndərilib. Onlar İvan Voroniçi bir neçə güllə vurublar. O, aldığı yaralardan hadisə yerindəcə keçinib.

O da maraqlıdır ki, qatillərdən biri 34 yaşlı Nərmin Quliyevadır. O, əri Xaqani Gülalizadə ilə birlikdə qətldə iştirak edib. Onlar azərbaycanlıdır.

Britaniya nəşri bildirir ki, İvan Voroniç Rusiyada həyata keçirilmiş məşhur dron hücumunun planını cızanlardan biridir. Həmin hücum zamanı Rusiyaya 7 milyard dollarlıq ziyan dəyib.

Sayt bildirir ki, mərhum Voroniç Ukrayna Xüsusi Əməliyyat Mərkəzinin 16-cı İdarəsinin 1-ci bölməsinin böyük əməliyyatçısı idi.

Ukrayna xüsusi təyinatlıları qətldə şübhəli bilinən FSB killerlərini saxlayarkən onlar silahlı müqavimət göstəriblər. Nəticədə atışma baş verib və hər iki diversant məhv edilib.

The New York Times və The Economist-in məlumatına görə, polkovnik Voroniç SBU-nun ən gizli əməliyyatlarında — “Alfa” elit dəstəsinin tərkibində iştirak edib. O, hələ 2016-cı ildə Donetsk separatçılarının lideri, “Motorola” ləqəbli Arsen Pavlovun öldürülməsi əməliyyatında, habelə Rusiya ərazisi — Kursk vilayətində həyata keçirilən hücumlarda mühüm rol oynayıb. Eyni zamanda onun rəhbərlik etdiyi qrup separatçıların digər liderləri Aleksandr Zaxarçenko və Mixail Tolstıx (Givi) kimi şəxslərin zərərsizləşdirilməsi ilə də əlaqələndirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar