Ru
10:42 / 14 İyul 2025

Sirkdə dəhşət: Gimnast hündürlükdən yerə çırpıldı – Anbaan VİDEO

Sirkdə dəhşət: Gimnast hündürlükdən yerə çırpıldı –  Anbaan VİDEO
Eye

Moskva sirkində çıxış edən efiopiyalı gimnast Demiesie Dagim Abel tamaşa zamanı yıxılıb. Hadisə birbaşa tamaşaçıların gözü qarşısında baş verib və anbaan kameralara düşüb.


Bakupost.az xəbər verir ki, kadrlarda gimnastın havada fırlanaraq mat üzərinə enmək istədiyi, lakin sürüşərək maneyə çırpıldığı görünür.


İlkin məlumata görə, hadisəyə səbəb təhlükəsizliyə məsul şəxsin diqqətsizliyi olub. Belə ki, o, akrobatın fırlanmasını vaxtında dayandıra bilməyib. Müayinə nəticəsində gimnastda yüngül beyin silkələnməsi və diz travması aşkar edilib.


Sirk rəhbərliyi təhlükəsizlik protokollarının yenidən nəzərdən keçiriləcəyini və məsul şəxslərlə bağlı araşdırma aparıldığını bildirib.

Aysel,

BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar