Ru
11:47 / 14 İyul 2025

Sabirabadda dəhşət - 85 yaşlı anasını döyüb öldürdü

Sabirabadda dəhşət -  85 yaşlı anasını döyüb öldürdü
Eye

Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Balabikə İslam qızı Zeynalova ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.

İlkin məlumata görə, qadın oğlu - 1972-ci il təvəllüdlü Ağamirzə İltimas oğlu Zeynalov tərəfindən döyülüb.

Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar