Ru
12:59 / 14 İyul 2025

Deputatlar tətilə çıxdılar

Deputatlar tətilə çıxdılar
Eye

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Bakupost.az xəbər verir ki, növbədənkənar sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Bununla da Milli Məclis tətilə buraxılıb.

Bildirilib ki, parlament iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar