Ru
12:53 / 14 İyul 2025

Putinin dostunun da bazarına hücum olacaq - Xəbərdarlıq

Putinin dostunun da bazarına hücum olacaq -  Xəbərdarlıq
Eye

Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Fud Siti”yə (Food City) basqın gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə Gununsesi.info bazarda çalışan şəxsə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, onlara bu barədə bazar administrasiyası tərəfindən xəbərdarlıq edilib.

Xəbərdarlıqda bilirilir ki, sənədləri qaydasında olmayan şəxslər bir müddət bazara daxil olmasın.

Soydaşlarımızın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan sonra bu ölkənin ordusuna dəstək məqsədiylə “Food City”də pulyığma kampaniyası keçirlib:

“Bazarın əsas sahibi olan Qod Nisanovun təşəbbüsü ilə gerçəkləşən bu kampaniya zamanı rus ordusuna milyonlarla vəsait köçürülüb. Pulun əsas hissəsi Qod Nisanovun olsa da, bazarda çalışan minlərlə azərbaycanlı olaraq biz də bu təşəbbüsə qoşulduq”.

Son proseslərdən narahat olan azərbaycanlılar bazarın sahibi olan Qod Nisanov və İlham Rəhimovdan kömək gözlədiklərini deyiblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar