Ru
15:25 / 14 İyul 2025

100 yaşına kimi prezident olmaq istəyir

100 yaşına kimi prezident olmaq istəyir
Eye

Kamerun Prezidenti Pol Biya 92 yaşında yeni prezidentlik müddətinə namizəd olmaq qərarına gəlib.

Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Mən 2025-ci il oktyabrın 12-də prezidentliyə namizədliyimi irəli sürürəm. Əmin olun ki, sizə xidmət etmək əzmim üzləşdiyimiz problemlərin şiddətinə uyğundur. Biz birlikdə istənilən maneələri dəf edə bilərik", - deyə o, ölkə vətəndaşlarına müraciətində bildirib.

Qeyd edək ki, 1982-ci ildən hakimiyyətdə olan Biya dünyanın ən yaşlı dövlət başçısıdır. Yeni müddətə mümkün təkrar seçilməsi ona, demək olar ki, 100 yaşına qədər prezident olaraq qalmağa imkan verəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar