Araz çayının İmişlinin Göbəktala kəndindən keçən hissəsində batan şəxsin meyiti sudan çıxarılıb.
Bakupost.az xəbər verir ki, o, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Süleyman Cahangirlinin meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.