Ru
20:22 / 14 İyul 2025

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi
Eye

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, Bakı Şəhər DYP İdarəsinin əməkdaşlarının keçirtdiyi tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Baba İsmayılov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.İsmayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar