Ru
22:52 / 14 İyul 2025

Tbilisidə faciə: Yaşayış binası çökdü, ölən var...

Tbilisidə faciə: Yaşayış binası çökdü, ölən var...
Eye

Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşən yaşayış binasının uçması nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Bakupost.az Report-a istinadla xəbər verir ki, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Gela Qeladze bildirib.

Nazir qeyd edib ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi (tikinti və digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə istintaq başladılıb.

“Xilasetmə xidmətləri və polis qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə xidmətinin əməkdaşları hazırda axtarış-xilasetmə işlərini davam etdirir”, - Qeladze əlavə edib.

Tbilisi merinin müavini İrakli Bendelianinin sözlərinə görə, uçan bina artıq uzun müddətdir 3-cü dərəcəli qəzalı vəziyyətdə olub. O qeyd edib ki, 1 ildən artıq müddətdə yerli hakimiyyət binanın sakinləri ilə əlaqə saxlayıb, lakin bütün sakinlərin razılığını almaq mümkün olmayıb.

Tbilisi meri Kaxa Kaladze də hadisə yerində olub.

Hadisə ilə bağlı müvafiq qurumlar əraziyə cəlb olunub, axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmi qurumlar əlavə məlumatları ictimaiyyətə çatdıracaqlar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar