Ru
23:00 / 27 İyun 2026

Bakıda üç avtomobil toqquşdu

Bakıda üç avtomobil toqquşdu
Eye

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Hadisə zamanı BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri bordürün üzərinə çıxıb.

Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib. Hadisə zamanı bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar