Ru
19:32 / 14 İyul 2025

Aİ-dən Trampın gömrük rüsumlarına - Cavab

Aİ-dən Trampın gömrük rüsumlarına - Cavab
Eye

Avropa Komissiyası ABŞ-nin Aİ-yə tətbiq etməyə hazırlaşığı gömrük rüsumlarına cavab tədbirləri hazırlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ticarət üzrə avrokomissarı Maroş Şefoviç Brüsseldə Aİ ticarət nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, Trampın elan etdiyi yeni gömrük rüsumlarına cavab olaraq Avropa Komissiyası Aİ üzv dövlətlərinə cavab rüsumlarının tətbiq olunacağı ABŞ mallarının siyahısını təqdim edib.

Siyahıda yer alan malların ümumilikdə 70 milyard avro həcmində olduğu bildirilir.

“Biz ABŞ-dən idxal olunan 70 milyard avro dəyərində malların siyahısını üzv ölkələrə təqdim etmişik”, – deyə o bildirib.

Avrokomissarın sözlərinə görə, ABŞ mallarına qarşı yeni gömrük rüsumları 1 avqustadək tətbiq olunmayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar