Mən Rusiyadan çox narazıyam. Biz onlardan çox, çox narazıyıq və 50 gün ərzində razılığa gəlməsək, çox yüksək tariflər tətbiq etmək niyyətindəyik.
Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə görüşü zamanı bildirib.
Tramp əlavə edib ki, ticarət - müharibələri həll etmək üçün əladır.