Ru
19:47 / 14 İyul 2025

Bu universitetdə tələbələrə qiymət qarşılığında əxlaqsız təkliflər edilir? - RƏSMİ

Bu universitetdə tələbələrə qiymət qarşılığında əxlaqsız təkliflər edilir? - RƏSMİ
Eye

Sosial şəbəkələrdə Naxçıvan Dövlət Universitetində bəzi dekanların tələbə qızlara əxlaqsız təkliflər etməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, tələbələrə qiymət qarşılığında cinsi əlaqədə olmaq təklif edilib. Əlavə olaraq qeyd edilib ki, tələbələr baş verənləri lentə alaraq rektora təqdim ediblər. Lakin, bunun əvəzində onlar qısnamaya məruz qalıblar.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın universitetə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

"Universitetdə müəllim-tələbə münasibətlərində etik qaydalara və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunur. İmtahan prosesi mərkəzləşdirilmiş qaydada, şəffaflıq prinsipləri əsasında təşkil olunur və qiymətləndirmə obyektiv aparılır".

Qeyd olunub ki, məsələ universitet rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, araşdırma aparılıb və heç bir rəsmi şikayət və ya sübut aşkarlanmayıb:

"Aparılan yoxlamalar nəticəsində yayılan məlumatların heç bir əsasının olmadığı ortaya çıxıb. Artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub və yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanılıb".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar