Ru
23:59 / 14 İyul 2025

Ermənistan ABŞ səfirinin Zəngəzur dəhlizi ilə bağlı dediklərinə cavab verdi: QƏBULEDİLMƏZDİR!

Ermənistan ABŞ səfirinin Zəngəzur dəhlizi ilə bağlı dediklərinə cavab verdi: QƏBULEDİLMƏZDİR!
Eye

ABŞ-ın Türkiyədəki səfirinin rəsmi Vaşinqtonun Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsini icarəyə götürməsinin mümkünlüyü ilə bağlı ifadəsi rəsmi İrəvan üçün qəbuledilməzdir.

Bakupost.az xəbər verir ki, Bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan öz suveren ərazisinə nəzarətin heç bir üçüncü tərəfə verilməsini müzakirə etməyib və müzakirə etmir:


"Biz dəfələrlə bəyan etmişik ki, Ermənistan regional infrastrukturun blokdan çıxarılması məsələsini yalnız Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası kontekstində müzakirə edir. Başqa məntiqi düşünə bilmərik. Torpaq icarəsinə gəlincə, Ermənistan Respublikasının qanunvericiliyinə əsasən, belə mexanizm yalnız kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulmuş kənd təsərrüfatı torpaqları üçün mövcuddur. Ona görə də ABŞ səfirinin dediyi variant mümkün deyil. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və ya yurisdiksiyasından kənarda mövcud ola bilməz",- o bildirib.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar