Hazırda tətildə olan müğənni Səfurə Əlizadə şəxsi Instagram hesabında yeni paylaşımı ilə diqqət çəkib.
Bakupost.az xəbər verir ki, ifaçı bu dəfə qızı ilə birlikdə rəqs etdiyi anları izləyiciləri ilə bölüşüb.
Həmin görüntüləri izləyicilər maraq və sevgi ilə qarşılayıblar.
Videoya çoxsaylı rəylər gəlib və müğənninin izləyiciləri ana və qız arasındakı gözəl münasibəti tərif ediblər.
Qeyd edək ki, Səfurə Əlizadə uzun müddətdir səhnədən uzaqdır və şəxsi həyatı ilə daha çox diqqət çəkir.