Ru
18:23 / 14 İyul 2025

Keçmiş diplomatlar bu ölkədə yaşadıqları dəhşətlərdən danışdılar

Keçmiş diplomatlar bu ölkədə yaşadıqları dəhşətlərdən danışdılar
Eye

Şimali Koreyada fəaliyyət göstərmiş bəzi diplomatlar Pxenyanda keçirdikləri illərin nə qədər çətin və qeyri-adi olduğunu açıqlayıblar.

Bakupost.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, diplomatların sözlərinə görə, onlar gündəlik həyatlarını təcrid və nəzarət altında keçiriblər. Yerli əhali ilə ünsiyyət qadağan olunub, ölkədən kənar əlaqələr isə ciddi şəkildə məhdudlaşdırılıb.

Diplomatlar bildiriblər ki, sanksiyalar səbəbilə bank əməliyyatları mümkünsüz olub. Buna görə də onlar Çindən nağd pulla Şimali Koreyaya qayıtmalı olublar. Ayda 30-40 min avro məbləğində vəsait diplomatik yollarla gətirilirmiş.

Müşahidə altında yaşadıqlarını deyən diplomatlar bildiriblər ki, ölkədə hər bir hərəkət izlənilir və “azadlıq” yalnız zahiri bir anlayışdır.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar