Ru
18:03 / 14 İyul 2025

Anar bu tarixdə sədrlikdən gedəcək - Özü AÇIQLADI

Anar bu tarixdə sədrlikdən gedəcək - Özü  AÇIQLADI
Eye

"Yazıçılar Birliyinin sədri vəzifəsindən getməyi hamıdan birinci özüm arzulayıram. Bilirəm, nə vaxtsa bu xəbərə sevinəcəklər. Qoy onlar sevinsinlər, sevincləri artıq olsun. Mənim də sevincim olacaq ki, söz verdiyim kimi 3 ildən sonra, qurultay olan kimi birliyin sədri vəzifəsindən gedəcəyəm".

Bakupost.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

O daha sonra bildirib ki, heç bir birlik və ittifaq ev vermir:

"Siz heç eşitmisinizmi ki, kimsə Rəssamlar İttifaqından, Bəstəkarlar İttifaqından ev alsın? O qurumlar ev vermir. Gərək biz də verməyək də. Biz indi humanistlik göstərib ev veririk, yenə də bizim başımızda çatlayır. 37 ildir Yazıçılar Birliyinin sədriyəm, 100 yazıçıya ev vermişəm. Bir hissəsini sovet illərində, bir hissəsini isə müstəqillik illərində hədiyyə etmişik. 100 adama verirsən, 200 adam narazı qalır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar