Ru
16:35 / 14 İyul 2025

NATO hərəkətə keçdi - Daha bir ölkə Rusiyaya qarşı müharibəyə başlayır

NATO hərəkətə keçdi -   Daha bir ölkə Rusiyaya qarşı müharibəyə başlayır
Eye

Rusiya Xarici Kəşfiyyat Xidməti NATO-nun Moldovanı hərbiləşdirmək planları barədə xəbərdarlıq edib.

Bakupost.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, qurumdan bildiriblər ki, alyans Rusiya ilə qarşıdurma üçün “şərq cinahda ön platsdarma” çevrilməsini sürətləndirir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında deyilir:

"Beləliklə, Moldovada NATO-nun fəaliyyətinin aşağıdakı əsas istiqamətlərini qeyd etmək olar:

Çoxlu sayda döyüş və hərbi nəqliyyat təyyarələrinin mümkün qəbulu üçün Ukrayna ilə sərhədə yaxın aerodromların (Markulesti, Balti) modernləşdirilməsi.

Avropa dəmir yolu ölçüsünə keçid, logistika qovşaqlarının və hərbi texnika üçün anbarların tikintisi.

NATO standartlarının həyata keçirilməsi, Qərb təlimatçılarının sayının artırılması, təlim mərkəzlərinin yaradılması.

Lakin NATO ilə Rusiya arasında birbaşa münaqişə yaranarsa, Brüsselin planına görə, bütün yükü moldovalılar öz üzərlərinə götürəcəklər. Rusiya qoşunları ilə hərbi əməliyyatlar zamanı məhz onlar "top yeminə" çevrilməli olacaqlar. Bu məqsədlə alyansın rəhbərliyi Kişinyovu NATO-nun müharibə konsepsiyasına keçməyə məcbur edir".

Rusiya kəşfiyyatı iddia edir ki, prezident Maya Sandu sentyabrın 28-də keçiriləcək parlament seçkilərindən sonra hakim “Hərəkət və Həmrəylik” partiyasına dəstək müqabilində alyansa tam inteqrasiya etməyə hazırdır:

"Sandu konstitusiyada təsbit olunmuş neytrallığın ləğvinə razılıq verəcək. Bu isə Moldovanı hipotetik münaqişədə “top yeminə” çevirəcək.

Prezident Sandunu çoxdandır haqlı olaraq günahlandırırlar ki, o, Moldovanı vətəndaşı olduğu Rumıniyaya "yedirir. Lakin indi aydın olur ki, Sandu və onun ətrafı daha da irəli getmək, yəni Moldovanı Rusiyaya qarşı mübarizədə məhv etmək üçün NATO-ya vermək niyyətindədirlər".

İyulun 11-də Moldova parlamenti prezidentin “Hərəkət və Həmrəylik” partiyasının təşəbbüsü ilə Avropaya inteqrasiyanın dönməzliyi haqqında bəyannamə qəbul edib.

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar