Ru
17:41 / 14 İyul 2025

"Bakubus"un vurduğu sürücü ÖLDÜ - Dəhşətli GÖRÜNTÜLƏR -YENİLƏNİB

"Bakubus"un  vurduğu sürücü ÖLDÜ - Dəhşətli GÖRÜNTÜLƏR -YENİLƏNİB
Eye

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı avtobusun vurduğu sürücü həyatını itirib.

Bajupost.az xəbər verir ki, 1980-ci il təvəllüdlü Natiq Musayev baş verən qəza səbəbindən vəfat edib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanıb.

***

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".

Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb:

"Minik avtomobilində texniki nasazlıq yarandığından nəqliyyat vasitəsini yolun kənarına çəkən sürücü təhlükəsizlik qaydalarına əməl etməyib. Bu zaman hərəkətdə olan avtobus sürücüsü ara məsafəsi saxlamamaqla yanaşı, diqqətsizlik etdiyindən onu vurub. İki nəqliyyat vasitəsinin iştirakı ilə yaşanan bu hadisə səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində müddəti 25 dəqiqə çəkən nəqliyyat sıxlığı yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücülərə müraciət edərək bildirir ki, avtombildə texniki nasazlıq yarandıqda qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir. Eyni zamanda hərəkətdə olan digər sürücülər ara məsafəsi saxlamalı, nəqliyyat vasitəsini sürətlə idarə etməməli və yollarda diqqətli olmalıdırlar", - məlumatda vurğulanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar