Üç nəvəsi olan 55 yaşlı kişi yeniyetmə oğlunun 22 yaşlı nişanlısı ilə qaçıb. O, ailənin bütün pulu və qızıl zinət əşyalarını da özü ilə aparmaqda ittiham olunur.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Hindistanın Uttar Pradeş əyalətinin Rampur kəndində baş verib.
Altı uşaq atası olan 55 yaşlı Şakil (Shakeel) ailəsini şoka salan addım atıb. O, qonşu kənddə yaşayan və əslində oğlu ilə evlənməli olan 22 yaşlı Ayşə (ad şərtidir) ilə qaçıb.
Şakilin həyat yoldaşı Şəbbanə yerli jurnalistlərə açıqlamasında bildirib ki, əri maddi sıxıntılara baxmayaraq, Ayşa ilə oğlunun evliliyini israrla dəstəkləyib. Lakin o, bir gün Dehlidən ailəsinə zəng edərək Ayşa ilə evləndiyini bildirib.
“Gəlinim olmalı olan qadın indi ərimin arvadına çevrilib,” - deyə Şəbbana bildirib.
Məlumata görə, Şakil tez-tez guya toya hazırlıq bəhanəsi ilə Ayşənın yanına gedirmiş. Şəbbanə isə onların münasibətindən əvvəlcədən şübhələndiyini deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı ərinə irad bildirəndə Şakil onu həm sözlə, həm də fiziki zorakılıqla təhdid edib.
Buna baxmayaraq, Şəbbanə sübut toplamağa davam edib və nəhayət, Şakil ilə Ayşə arasında olan yazışmaları oğlu Amanla bölüşüb. Mətnlə tanış olan Aman atasına bildirib ki, bu toy baş tutmayacaq.
Keçən ay işlə bağlı Dehliyə getdikdən sonra Şakil ailəsinə zəng edərək Ayşə ilə evləndiyini deyib. Sonradan onun ailəyə məxsus 200.000 rupidən (təxminən 2.400 ABŞ dolları) çox pul və zinət əşyalarını da özü ilə apardığı məlum olub.
Bu cür oğurluq Hindistan qanunvericiliyinə görə, üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Lakin yerli polis "The Times of India" qəzetinə bildirib ki, hələlik məsələ ilə bağlı heç bir rəsmi şikayət daxil olmayıb. Bu səbəbdən Şakilə qarşı hər hansı hüquqi tədbir görülməyib.