Ru
13:25 / 14 İyul 2025

Rusiyaya gedənlər buna məcbur ediləcək - Yeni ŞƏRT

Rusiyaya gedənlər buna məcbur ediləcək - Yeni ŞƏRT
Eye

Rusiya Dövlət Dumasının deputatları ölkəyə daxil olarkən miqrantların məcburi şəkildə virus daşıyıcısı olmadıqları haqqında arayış təqdim etmələrinə dair təklif irəli sürüblər.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Dövlət Dumasının Əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin rəhbəri Yaroslav Nilov "Telegram" kanalında yazıb.

"Rusiyaya işləmək üçün gələn əcnəbilər özləri ilə öz problemlərini gətirməli deyil, bizim problemlərimizi həll etməlidirlər", - o qeyd edib.
Nilovun sözlərinə görə, müvafiq qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilib. Siyasətçi bildirib ki, miqrantlar sərhədi keçərkən etibarlı tibbi sığorta, HİV, B və C hepatitləri, sifilis və vərəm daşıyıcısı olmadıqları haqqında arayış təqdim etməli olacaqlar.

Onlar, həmçinin, orqanizmdə narkotik və psixotrop maddələrin olmadığını təsdiq edən test nəticələrini də təqdim etməlidirlər. Deputat vurğulayıb ki, bu sənədlər olmasa, onlar Rusiya sərhədini keçə bilməyəcəklər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar