Ru
09:58 / 14 İyul 2025

Bu rayonlarda altı minə yaxın abonent qazsız qalacaq

Bu rayonlarda altı minə yaxın abonent qazsız qalacaq
Eye

Masallı rayonunda qaz təchizatının verilişində fasilə yaranacaq.

Bakupost.az xəbər verir ki, Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, ərazidə yerləşən "Alvadı" qazpaylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədar olaraq, 15 iyul 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 8 kənd üzrə 4 900 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Eyni zamanda, Lerik rayonu ərazisində yerləşən "Lerik" qazpaylayıcı stansiyasından qidalanan Mondigah, Andurma, Rvarud, Rəzgov, Təngəbin, Veri, Mistan, Xəlifəkənd, Tatoni, Qosmalian və Hiveri kəndlərini təbii qazla təmin edən orta təzyiqli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədar olaraq, 15 iyul 2025-ci il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək ümumilikdə 16 yaşayış məntəqəsində 1 050 abonentin qaz təchizatının dayandırılması nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar