Ru
17:46 / 13 İyul 2025

Azərbaycanda bələdiyyə sədri küçəni süpürdü - VİDEO

Azərbaycanda bələdiyyə sədri küçəni süpürdü - VİDEO
Eye

Masallı rayonunun Kolatan Bələdiyyə sədri Rauf Cəbiyev qeyri-adi addımı ilə diqqət çəkib.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, Sığdaş kəndində Şəhidlər bulaq kompleksinə suyun çəkilişindən sonra bir qrup şəxs yolun çirkləndirildiyini əsas gətirərək, narazılıqlarını ifadə ediblər.

Bələdiyyə sədri söz-söhbətə son qoymaq məqsədilə ilə özü şəxsən yolu süpürüb təmizləmək qərarına gəlib.

"Hamı işsizlikdən şikayətlənir, lakin iş təklif edəndə heç kim işləmək istəmir. Məhz bu səbəbdən özüm işləməli oluram", - deyə Rauf Cəbiyev bildirib.

Qeyd edək ki, bundan əvvəl də bələdiyyə sədri apardığı təmizlik işləri ilə gündəmə gəlib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar