Ru
10:50 / 13 İyul 2025

Qaynı qızını xəstə oğlu üçün oğurladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI

Qaynı qızını xəstə oğlu üçün oğurladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI
Eye

Lənkəran Ağır Cinayətlər Məhkəməsində gənc qızı oğurlamaqda təqsirləndirilən Füzuli rayon sakinləri - Vasif Məmmədov, İlkin Ağayev və Elbrus Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Boşçalılar kəndində baş verib. Füzuli rayon sakini Vüsal Məmmədov Elbrus və İlkini çağıraraq onlarla birlikdə həmin kənddə yaşayan qaynının qızını özünün fiziki qüsurlu oğlu ilə evlənmək məqsədilə qaçırmaq istədiyini bildirib. O, həmin şəxslərə yalan məlumat verərək, guya qızı razı saldığını bildirib. Bu məqsədlə Elbrus və İlkin Vüsalın təklifi ilə razılaşıb və onlar Elbrusun avtomobili ilə İmişli rayonuna yollanıblar.

Vüsal qızın evdə tək olduğunu bilərək, həyətə daxil olub, qaynını səsləyib. Səsə qaynının qızı çıxıb və Vüsalla salamlaşıb. Vüsal qızı aldadaraq söhbət edə-edə avtomobilin yanına gətirib. O, dərhal avtomobilin qapısını açıb qızı zorla avtomobilin arxa oturacağına oturdub. Qızın bir tərəfində İlkin, digər tərəfində isə Vüsal əyləşərək onun qışqırmasının qarşısını almaq üçün ağzını bağlayıblar. Onlar qızı əvvəlcə Bakıya qaçırmaq istəsələr də, yolda avtomobilin yanağacı az olduğundan İlkin onlara Cəlilabada qayınanasının evinə getməyi təklif edib. Onlar avtomobilə yanacaq vurarkən qız qışqıraraq ətrafdakılardan kömək istəyib. Bu vaxt məntəqədə limon satan qadın avtomobilə yaxınlaşıb. Vasif isə qadına bildirib ki, qışqıran qaynının qızıdır və onu oğluna evlənmək üçün qaçırır.

Daha sonra onlar məntəqədən çıxıb Cəlilabad rayonuna - İlkinin qayınanasının evinə gediblər. Qadın əvvəlcə onları xoş qarşılasa da, qızın zorla gətirildiyini biləndən sonra İlkin, Elbrus və Asifi evdən çıxarıb və qızı atasının evinə qaytarmağı tələb edib. Onlar qadının əsəbiləşdiyini görüb, razılaşıb və qızı atasının evinə qaytaracağına söz verib evdən çıxıblar.

Cəlilabaddan çıxandan sonra isə onlar qızı Qobustan rayonuna - Vasifin qohumunun evinə aparmaq qərarı veriblər. Amma buna polislər imkan verməyib. Elbrus yol hərəkəti qaydasını pozduğu üçün yol polisi onlara "saxla!" əmri verib və onlar avtomobili saxlayıblar. Elbrus avtomobildən düşüb yol polisi ilə söhbət etməyə gedərkən qız qəfildən qışqıraraq polislərdən kömək istəyib. Avtomobilə yaxınlaşan yol polisləri qızın oğurlandığını anlayıblar, hadisə yerinə post-patrul xidməti çağırıblar. Hər üç şəxs polis tərəfindən saxlanılaraq şöbəyə aparılıb, qız isə ailəsinə qaytarılıb.

Faktla bağlı cinayət işi başlanıb və təqsirləndirilən şəxslər barədə məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunub və zərərçəkmişlər şikayətçi olmayıblar.

Məhkəmənin hökmü ilə Vasif Məmmədova 3 il 1 ay, Elbrus Cəfərova 2 il 1 ay, İlkin Ağayevə isə 2 il bir ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Məhkəmənin qərarı ilə onların barəsində seçilən həbs qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib və onlar məhkəmə zalından azad ediliblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar