Ru
23:57 / 12 İyul 2025

Ərdoğan İraqın Baş naziri ilə PKK-dan danışdı

Ərdoğan İraqın Baş naziri ilə PKK-dan danışdı
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia Sudani ilə PKK terror təşkilatının tərksilah olunması məsələsini müzakirə edib.

Bakupost.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə və İraq arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bildirib ki, “Terrorçusuz Türkiyə” prosesi həssaslıqla həyata keçirilir, Ankara bölgədə terrorizmdən birdəfəlik xilas olmaq niyyətindədir və bu istiqamətdə qətiyyətli addımlar atmağa davam edəcək.

Dövlət başçısı əlavə edib ki, bu prosesi pozmağa çalışan qüvvələrə qarşı da ayıq və sərt mübarizə aparılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar