Vaşinqton Rusiya və İran neftinin alınması üçün ümumi lisenziyaları yeniləməyəcək.
Bakupost.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə katibi Skott Bessent bildirib.
Bessent ABŞ-nin Çinin alışları dayandırmasını gözlədiyini qeyd edib.
O, iki Çin bankının artıq xəbərdarlıq aldığını vurğulayıb:
"Əgər İran pullarının hesablarınızdan keçdiyini sübut edə bilsək, ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırıq".
O əlavə edib ki, ABŞ İran neftini alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə başlaya bilər.