Ru
02:59 / 13 İyul 2025

İsrail və ABŞ İrana yenidən hücum edə bilər - XƏBƏRDARLIQ

İsrail və ABŞ İrana yenidən hücum edə bilər - XƏBƏRDARLIQ
Eye

İranın Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani ölkənin SNN televiziya kanalına açıqlamasında İsrail və ABŞ-ın İrana qarşı yenidən hərbi hücum ehtimalının yüksək olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, Laricani İsrailin bu hücumu ABŞ-ın birbaşa göstərişi və dəstəyi ilə həyata keçirə biləcəyini qeyd edib.

“Əslində, hücumu birbaşa Amerika özü də edə bilər. Bu ssenarini böyük ehtimalla nəzərə almalıyıq.”

O qeyd edib ki, İran dövləti və silahlı qüvvələri bu ehtimalı nəzərə alaraq hazırlıqlarını görür: “Əgər İsrail və ABŞ hücum etsələr, bu dəfə cavab zərbələrimiz çox güclü olacaq. Onlar bunu bilirlər.”

Laricani həmçinin bildirib ki, İran qarşı tərəfin hərbi planlarını yaxından izləyir və regional gərginliyin daha da artmasının məsuliyyəti hücum edən tərəfin üzərində olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar