Ru
09:00 / 11 May 2024

Saatlıda marixuana təsiri altında taksi işləyən sürücü saxlanıldı - FOTO

1645
Saatlıda marixuana qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

DİN-dən Bakupost.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtomobilin dövlət qeydiyyat nişanlarına və konstruksiyasına dəyişiklik edən, çoxavazlı səs siqnalı quraşdıran, sərxoş vəziyyətdə və müvafiq sənədləri olmadan avtomobil idarə edən 45 sürücü müəyyən edilib.

Onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Tədbir zamanı narkotik vasitə marixuana qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan rayon sakini S.Mollayev də saxlanılıb. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər