Ru
16:59 / 18 İyun 2025

Sabah 3 rayonda qaz KƏSİLƏCƏK

Sabah 3 rayonda qaz KƏSİLƏCƏK
Eye

Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Bakupost.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.

Bildirilib ki, diametri 250 mm PE “Qarasu-Padar” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar mayın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Padar kəndində, eyni zamanda Ağsu rayonunun Padar Qışlaq kəndində (ümumi 483 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, "Payız-Qış" mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası olaraq istehlakçıların təbii qaz təchizatının fasiləsiz, dayanıqlı və təhlükəsiz təmin edilməsi ilə əlaqədar Neftçala rayonunun Bankə qəsəbəsində yeni 500 m³/saat ŞQTM-in quraşdırılması, həmçinin qəsəbənin bir hissəsini təbii qazla təmin edən qaz kəməri üzərində Dş 80 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi məqsədilə sabah saat 10:00-dan etibarən işlər başa çatana qədər Bankədə (ümumi 1 527 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar