Ru
17:51 / 03 İyun 2025

Sabah bu rayonların qazı kəsiləcək

Sabah bu rayonların qazı kəsiləcək
Eye

İmişli və Saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.

Bakupost.az xəbər verir ki, fasilə “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.

Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində - Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar