Ru
09:45 / 07 May 2026

Şagirdə çubuqla 3 zərbə endirmək qanuni sayıldı - Bu ölkədə

Şagirdə çubuqla 3 zərbə endirmək qanuni sayıldı - Bu ölkədə
Eye

Sinqapurun orta məktəblərində intizamı pozan oğlan şagirdlər üçün sərt fiziki cəzaları nəzərdə tutan yeni qaydalar qüvvəyə minib.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, fiziki zorakılıq da daxil olmaqla, ciddi nizam-intizam qaydalarını pozan məktəblilərə çubuqla üç zərbə vurula bilər.

Ölkənin təhsil naziri bildirib ki, bu cəza növü yalnız zorakılığın dərəcəsi nəzərə alınmaqla və digər bütün tərbiyəvi tədbirlər nəticəsiz qaldıqda tətbiq ediləcək. Yeni qaydaların qəbul edilməsinə səbəb son vaxtlar məktəblərdə baş verən bir neçə ciddi zorakılıq hadisəsi olub.

Xəbərdə vurğulanır ki, sözügedən cəza növü qızlara şamil edilmir və yalnız doqquz yaşından yuxarı oğlan şagirdlərə tətbiq oluna bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar