Ru
12:31 / 06 İyul 2022

Saqqız çeynəmək qulaqlara faydalıdır

2314
Saqqız çeynəməyin orqanizmə zərəri olduğu kimi, 4 gizli qalan faydası da vardır.


Bakupost.az xəbər verir ki, həkim dietoloq Loren Manaker saqqızın ağız qoxusuna qarşı funksiyasından başqa təsiri barədə danışıb.

1. Saqqız çeynəmək iştahı azaldır, şirniyyata meyilliyi öldürür. Çəkisini azaltmaq istəyənlər, desert xoşlayanlar saqqızla bunu nəzarətə ala bilər.
2. Şəkərsiz saqqız yeməkdən sonra dişləri təmizləmək, kariyesin profilaktikası üçün lazımdır. Diş, dil ərpini effektiv təmizləyir.
3. Saqqız çeynənməsi ağız suyu vəzilərini aktivləşdirir, bu da ağız boşluğundakı bakteriyaları yuyur.
4. Saqqız qulaqlara da faydalıdır. Qulaq infeksiyası yaranma riskini azaldır. Bunun üçün ksilitli saqqız lazımdır. Bu maddə saqqıza şəkəri əvəz etmək üçün vurulur və o qulaq bakteriyalarına təsir edir.


Həmçinin saqqız bağırsağın işini stimulə edir, qəbizliyə qarşıdır.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər