***
15:52
Bərdə rayonunda vətəndaşlar qarpızları kanala atıblar.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Onlar bunu etmələrinə səbəb kimi qarpızların alıcısının olmamasını göstəriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, videogörüntülər Bərdə Rayon Polis Şöbəsində araşdırılır: “Həmin şəxs müəyyən edilərək şöbəyə dəvət edilib. Onunla profilaktik iş aparılır”.
***
17:35
Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan
Bakupost.az -a bildirilib ki, vətəndaşın qarpızın satılmadığı ilə paylaşılan görüntülər Tik-tokda seyrici toplamaq məqsədi ilə çəkilib. O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb.
Kanala atılan məhsullar satış üçün yararlı olmayıb.