Ru
13:36 / 02 İyul 2025

Səfərovların Bakıda yas mərasimi keçiriləcək

Səfərovların Bakıda yas mərasimi keçiriləcək
Eye

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların yas mərasimi iyulun 5-i (şənbə günü) Heydər məscidində keçiriləcək.

Bakupost.az xəbər verir ki, mərasim saat 11:00-dan etibarən başlayacaq. Kişi və qadın məclisi eyni saatda baş tutacaq.

Xatırladaq ki, ötən gün Ağcabədidə Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi keçirilib. Daha sonra isə onlar dəfn olunublar.

İyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar