Ru
19:46 / 27 Mart 2024

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

1494
Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova müvafiq əmr imzalayıb.

Qeyd edək ki, “Tərəqqi” medallı Mehparə Murtuzəliyeva uzun illər şəhid qardaşının adını daşıdığı tam orta məktəbdə müəllim kimi çalışıb. 2022-ci ilin noyabr ayında isə Elm və Təhsil Nazirinin əmri ilə həmin məktəbə direktor təyin edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər