Ru
14:18 / 30 Aprel 2025

Səhvən başqa karta köçürülən pulu necə geri qaytarmaq olar? - AÇIQLAMA

Səhvən başqa karta köçürülən pulu necə geri qaytarmaq olar? -  AÇIQLAMA
Eye

"Bu gün ölkədə əhalinin qarşılaşdığı problemlərdən biri də bank kartlarından səhvən pul köçürülməsidir. Belə hal baş verdikdə çox zaman pul köçürən şəxs vəsaitini geri qaytarmaqda çətinliklərlə üzləşir. Müəyyən şəxslər var ki, hesabına vəsait gələrsə, müxtəlif yollarla bu pulu qaytarmaqdan boyun qaçırırlar".

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.


O qeyd edib ki, bu hallarla bağlı qanunvericilikdə boşluqlar var:

"Kimsə səhv köçürmə etdikdə pulu ala tərəfin məlumatlarını bank təqdim etmir. Ona görə də səhv köçürmə edən şəxs pulu almaqda çətinlik çəkir. Hesab edirəm ki, pulu qaytarmaq istəməyənlərin əməli qanunsuz varlanma kimi qiymətləmdirilməli və bununla bağlı qanunlara dəyişikliklər edilməlidir”.

Eyyub Kərimli bildirib ki, beynəlxalq təcrübəyə görə, belə hallarda səhv ödəniş edənin müraciəti əsasında vəsait 24 saat ərzində ya geri, ya da bank depozitinə qaytarılır:

"Bizdə isə banklar bununla bağlı əhəmiyyətli yardım və dəstək göstərə bilmirlər. Burda bəzi sui-istifadə halları da ola bilər. Bununla bağlı ciddi araşdırmalara ehtiyac var”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar