Ru
09:11 / 21 İyun 2025

SEPAH-ın briqada komandiri məhv edildi - SAXAL

SEPAH-ın briqada komandiri məhv edildi - SAXAL
Eye

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatları (PUA) ikinci briqadasının komandiri İsrail zərbələri nəticəsində məhv edilib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin (IDF-SAXAL) rəsmi "Telegram" kanalında yayılıb.

"Dünən (cümə günü) İsrail HHQ zərbə endirərək SEPAH HHQ-nin ikinci dron briqadasının komandiri Aminpur Cudakini məhv edib", - məlumatda deyilir.

Qeyd olunur ki, Cudaki bu vəzifəyə SEPAH HHQ-nin dron qərargahının komandiri Tahir Purun 13 iyun 2025-ci ildə məhv edilməsindən sonra təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar