Ru
17:03 / 26 İyul 2024

Sərdar Cəlaloğlu namizədliyini geri götürdü

Sərdar Cəlaloğlu namizədliyini geri götürdü
Eye

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd olduğu 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini geri çəkməsi ilə bağlı qərar qəbul edib.

Bakupost.az xəbər verir ki, qərarda deyilir:


“ADP tərəfindən namizədliyimin irəli sürüldüyü 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözləntilərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməyəcəyimi və bunun da milli maraqlara uyğun olmayacağını nəzərə alaraq partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm.

Seçkilərdə iştirak edən partiyanın digər üzvlərinə isə uğurlar arzulayıram.”

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar