Ru
10:01 / 06 Aprel 2024

Sərdar Ortaç konsertdə çətin anlar yaşadı

4678
Türkiyəli müğənni Sərdar Ortaç Azərbaycana gəlib.

Bakupost.az xəbər verir ki, sənətçi konsertdən öncə əlil arabasında görüntülənib. Sözügedən fotonu aparıcı Hacı Nuran Hüseynov paylaşıb.

Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən müğənni səhnədə də çətin anlar yaşayıb. Görüntülərdə onun yeriməkdə çətinlik çəkdiyi açıq-aydın görünür.

Qeyd edək ki, Ortaç MS - dağınıq sklerozdan (iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir) əziyyət çəkir. Bir müddət əvvəl ifaçı sol ayağının amputasiya edilmə riskinin olduğunu bildirmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər