Ru
14:12 / 09 Mart 2023

Sevdiyi qıza görə İrana gedən azərbaycanlı tələbə itkin düşdü - FOTO

Sevdiyi qıza görə İrana gedən azərbaycanlı tələbə itkin düşdü -  FOTO
Eye

Azərbaycanlı tələbə İranda itkin düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə sosial mediada məlumat paylaşılıb.

Bildirilir ki, Almaniyada Jena Universitetinin tələbəsi olan, 27 yaşlı Fərid Səfərli fevralın 20-si eyni universitetdə təcrübə keçən sevdiyi qızı görmək üçün Tehrana gedib.

Martın 5-də Almaniyaya qayıtmalı olsa da, 4 martdan etibarən telefonu sönüb, onunla əlaqə tamami ilə itib.
Ehtimal edilir ki, Fərid İranda saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə isə qeyd edib ki, Fərid Səfərli barədə məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar